Məqalələrlə bağlı tələblər

SOSİOLOGİYA. SOSİAL PSİXOLOGİYA. SİYASƏT
elmi araşdırmalar jurnalı

Məqalənin strukturu aşağıdakı ardıcıllıqla qurulmalıdır:

  1. Məqalələr elektron formada təqdim olunur.
  2. Məqalənin UOT indeksi göstərilir
  1. Müəllifin adı və soyadı (Məqalələrdə — Müəllifin çalışdığı yer, vəzifəsi, elmi dərəcəsi və elmi adı, təmsil etdiyi ölkə və e-mail ünvanı) — səhifənin yuxarı sağ küncündə göstərilir
  2. Məqalənin adı — səhifənin ortasında, baş hərfləri böyük hərflərlə olmaqla, qalın şəkildə (başlıq və mətn arasında — sətir atlama)
  3. Məqalənin yazıldığı dildə ən azı 5 açar söz verilir
  4. Məqalənin mətni (Giriş, Əsas mətn, Nəticə) təqdim edilir
  5. Məqalələrin sonunda iki dildə (azərbaycan və ingilis dillərində) “Xülasə” verilir (burada tədqiqatın elmi yeniliyi,  tətbiqi əhəmiyyəti və nəticə göstərilir)
  6. Hər bir “Xülasə”dən sonra azərbaycan və ingilis dillərində açar sözlər təqdim edilir
  7. Məqalədə rast gəlinən mənbələrə istinad olunma qaydası:
    ·Məqalədə yalnız istinad edilən ədəbiyyat kodlaşdırılaraq sonda əlifba sırası ilə verilir.
    ·İstinad edilmiş ədəbiyyatın kodu mötərizədə yazılır. (Məs.: Duqlas Nortun fikrinə görə, “İnstitutlar cəmiyyəti … formal çərçivələrlə məhdudlaşdırır və sosial münasibətləri təşkilatlandırır” [76, s.35-36].)  
  8. Məqalənin sonunda Ədəbiyyat siyahısı verilir.
  9. Ədəbiyyat siyahısı dissertasiyalara şamil edilən müvafiq qaydalara uyğun olmalıdır.
  1. məqalənin həcmi — 8-10 səhifə.
  2. Times New Roman şrifti;
  3. şrift ölçüsü — 12;
  4. sətir aralığı — 1,5;
  5. abzas — 1 sm;
  6. haşiyələr: sol — 2,5 sm, sağ — 1,5 sm, yuxarı və alt — hər biri 2 sm;

 

Qoyulan tələblərə cavab verməyən, ciddi elmi, qrammatik səhvləri olan məqalələr dərc edilmir. Redaksiyaya təqdim olunan əlyazmalar geri qaytarılmır. Redaksiya heyəti məqalələrdə redaktə xarakterli dəyişikliklər və ixtisarlar aparmaq hüququnu saxlayır.