Sosiologiya nə deməkdir?

Sosiologiya (lat. socius— cəmiyyət, yun. λόγος [lóɡos]-elm) — cəmiyyəti mikro və makro səviyyədə öyrənən elmdir. O, cəmiyyəti, onun təşkil edən sistemlərin strukturu, funksiyaları və inkişafını, sosial institutları, münasibətləri və icmaları tədqiq edir.

Sosiologiyanın funksiyaları və rolu

Baxmayaraq ki, qədim zamanlardan insanların sosial rifahını yaxşılaşdırmaq üçün müxtəlif filosoflar (İbn Xəldun, Platon və s.) fərqli ideyalar irəli sürüblər, qanunlar qəbul və icra olunub, sosiologiya bir elm kimi yalnız və yalnız XVIII əsrdən etibarən yaranmağa və inkişaf etməyə başlayıb. Sosiologiyanın banisi kimi fransız filosofu Ogüst Kont götürülür. Lakin, ondan çox digər 3 şəxs (Karl Marks, Maks Veber və Emil Durkhaym) sosiologiyanın inkişafına töhfə veriblər və elə buna görə də məhz bu 3 şəxs sosiologiyanın «ataları» kimi də tanınır.

Sosiologiya elminə töhfə vermiş və hal-hazırda da bu sahədə çalışan şəxslər 2 kateqoriyaya bölünürlər: klassik sosioloji və müasir sosioloji nəzəriyyəçilər.

Klassik nəzəriyyəçilər sosiologiya elminin yarandığı ildən 20-ci əsrin əvvəllərinədək işləyən şəxsləri əhatə edir. Bu qrupa sosiologiyanın ataları — Georq Zimmel, Ogüst Kont, Herbert Spenser və Vilfredo Pareto kimi şəxslər daxildir. Onların ideyaları hələ də yaşayır və müasir dövrdəki sosial məsələləri anlamaq üçün alimlər onların nəzəriyyələrindən də olduqca çox istifadə edirlər.

Mənbə: https://az.wikipedia.org/wiki/Sosiologiya